15 Sentyabr 2021 14:44
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bölgə həssas dönəmdən keçir, baş verənləri yaxından izləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

O, Türkiyənin bütün qonşularının ərazi bütövlüyünə və suveren hüquqlarına hörmət etdiyini vurğulayıb.
“Heç kimin sərhədlərini heç bir şəkildə pozmaq fikrimiz yoxdur. Digər yandan da, havada, quruda və suda nə özümüzün, nə də qardaşlarımızın və dostlarımızın hüquqlarının və haqlarının pozulmasına imkan verərik”, -nazir bildirb.

Akar bu məsələlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında beynəlxalq aləmdə əsas mövzulara çevrildiyini söyləyib:

“Bizim yeganə məqsədimiz ölkəmiz, dostlarımız və qardaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Bunun üçün səy göstəririk. Bunun xaricində hər kəs gizli gündəmimizin olmadığını bilməlidir”.

Azərbaycanla birgə təlimlərin əhəmiyyətinə toxunan nazir Akar qeyd edib: “Bu uğurlu məşqlər bizi izləyən düşmənləri də qorxudur, dostlarımızı və qardaşlarımıza qürur verir”.

Türkiyə və Azərbaycan arasında yaxın qardaşlıq əlaqələrinin olduğunu vurğulayan nazir Akar bildirib:

“Azərbaycana qarşı edilən təhdidlər bizə qarşı edilmiş təhdiddir. Bunu belə qəbul edirik”.

O, 30 ildir işğal altında olan torpaqlarını “Tək Vətən Əməliyyatı” ilə 44 gün kimi qısa müddətdə azad edən Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edib:

“Türkiyə Silahlı Qüvvələri rus hərbçiləri ilə birlikdə uğurlu əməliyyatdan sonra qurulan birgə mərkəz atəşkəsə nəzarət edir, atəşkəs daimi olmalıdır. Bundan başqa bölgənin minalardan təmizlənməsində də, Türkiyə Silahlı Qüvvələri olaraq əlimizdən gələn hər cür səyi göstəririk və buna davam edəcəyik”.

Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 15-də imzaladığı Şuşa Bəyannaməsini iki ölkə arasındakı qardaşlığın möhürü olduğunu deyən Hulusi Akar bu bəyannamənin nəinki Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığı, həm də bundan sonra izləniləcək yol xəritəsini ortaya qoyduğunu bildirib.
Nazir Akar bölgədə daimi sülh və əmin-amanlıq mühiti ilə rifaha yol açmağın vacib olduğunu söyləyib:

“Hörmətli Prezidentimiz və Cənab Əliyevin Ermənistana uzatdığı barışıq əli, sülh və əmin-amanlığa getmək təklifinə cavab verilməlidir. Təəssüf ki, bu günə qədər tam cavab alınmasa da, bəzi izlər və işarələr var. Məqsədimiz hər iki tərəf arasında sülh, barışıq və harmoniyanın əldə olunmasıdır. Ümidimiz Ermənistanın atəşkəsə riayət etməsi, heç bir səhvə yol verməməsi və bölgədə atəşkəsin daimi olması və sabitliyin təmin edilməsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər