19 Sentyabr 2021 13:40
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur koridorunun açılıb-açılmaması siyasi bir məsələdir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın kordirounun açılmasının əlehyinə olmasına münasibət bildirərəkən deyib.

O, bildirib ki, bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır: "Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə bəlli addımlar atımalıdır. Biz görüşlərə qapalı deyilik. Əgər Nikol Paşinyan Ərdoğanla görüşmək istəyirsə, Ermənistanın müsbət addımlar atması lazımdır. Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrərə başlayar”.

Ərdoğan bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aradan qalxacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər