BMT-nin baş katibi Antoniu Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Teleqraf.com BMT-nin ofisinə istinadla xəbər verir ki, baş katib Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq diplomatik səylərinə görə təkkür edib, COVID-19 pandemiyasına qarşı apardığı mübarizəni yüksək qiymətləndirib.
Görüş zamanı BMT - Azərbaycan əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Rəsmilər bölgədəki vəziyyəti, əməkdaşlığı və davamlı sülhün təşviq edilməsi yollarını müzakirə ediblər.
Baş katib BMT ilə Azərbaycan və Ermənistan arasında davam edən dialoq və sülh quruculuğu tədbirlərini dəstəklədiyini vurğulayıb və BMT-nin münaqişədən ziyan çəkmiş əhaliyə yardım da daxil olmaqla əlavə dəstək göstərməyə hazır olduğunu bir daha bildirib.