14 Oktyabr 2021 08:51
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndinin işğaldan azad olunmasından 1 il ötür.

Teleqraf.com 14 oktyabr 2020-ci il İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

14 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndlərinin Azərbaycan qoşunları tərəfindən azad olunduğunu elan etmişdi.

Saat 03:23-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu ilə sərhəd zonasında yerləşdirilmiş Ermənistanın bir neçə ballistik raket kompleksini məhv etdiyini açıqlayır. Müdafiə Nazirliyinin məlumatına görə, raket sistemləri Gəncə, Mingəçevir və Azərbaycanın digər şəhərlərindəki mülki əhaliyə və infrastruktura yönəlmişdi.

Həmçinin həmin gün, Tərtərin Şıxarx qəsəbəsində olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşları, müxbir Elnur Tofiq, video operator Elşad Heydərov və sürücü Namiq Qəmbərovun olduğu avtomobilin yaxınlığına Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşi açılmış, televiziyanın avtomobili tamamilə yararsız hala düşməyi ilə yanaşı sürücü Namiq Qəmbərov bədənin müxtəlif nahiyələrindən yüngül qəlpə yaraları almışdı.


Müəllif: Yeganə Oqtayqızı