Ötən il zəfərlə tamamlanan Vətən müharibəsi əməkdaşlığın genişləndirilməsinə yeni üfüqlər açıb.
Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov “COVID-19-dan sonrakı dünya adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
Onun sözlərinə görə, artıq beynəlxalq səviyyədə sərhədlərin tanınması vasitəsilə Ermənistanla əlaqələr normallaşacaq: "Azərbaycan aktiv layihələrdə iştirak edir. Gürcüstan və Türkiyə ilə geniş enerji layihələrinə imza atmışıq. İqtisadi ölçü ilə yanaşı, bu səpkidə olan layihələr regionda təhlükəsizliyi gücləndirir, sülh prosesini qaçılmaz edir. Qonşu ölkələr bu təşəbbüsə dəstək göstərir. Bu layihələr Cənubi Qafqazın inkişafını töhfə verməklə yanaşı, bütün dünyada müsbət təsirlərə malik olacaq".