5 Noyabr 2021 10:53
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal isinmə, iqlim dəyişmələri qarşımızda duran gündəmdir və problem olaraq qalır. Qlazqo Zirvə görüşündə çıxarılacaq nəticələr, öhdəliklər bizim imkanlarımızı formalaşdıracaq. Cari 10 il üçün müəyyən gündəliyi təsbit edəcək. Düşünürəm ki, bizim üçün vacib olan məsələlərə aydınlıq gətirəcək, öhdəliklərin konturları cızılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.

Onun sözlərinə görə, enerji keçidi elə təmin edilməlidir ki, hər hansı böhranla üzləşilməsin: "Hamı enerji təhlükəsizliyini nəzərə almalıdır. İqtisadiyyatın inkişafı üçün enerji ehtiyatları gərəkdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər