5 Noyabr 2021 12:30
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmiz lazımi miqdarda vaksin alır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan səhiyyə nazirinin müavini Teymur Musayev “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.

O bildirib ki, 18 yanvar tarixindən etibarən vaksinasiya davam edir, ölkənim 60 faizi iki doza peyvəndlənib: "Altı ay keçəndən sonra üçüncü dozanı vurdura bilərlər. Bizim statistik göstəricilər şəffafdır.

Dünya ölkələri vaksinlərin paylanmasi ilə bağlı qlobal siyasət qəbul edilməlidir. Ölkədə pandemiyanın birinci günundən etibarən səmərəli işlər görülüb. COVID çarpayılarının sayı 50 minə çatıb. Süni nəfəs aparatlari gətirilib".

Bununla belə, nazir qeyd edib ki, COVID-19 səhiyyə sisteminə təzyiqlər göstərməkdədir: "Yüksək gəlirli ölkələrdə 100 nəfərə 133 doza, aşağı təminatlı ölkələrdə isə 100 nəfərə 4 doza düşür. Belə bir şəraitdə panedmiyanı idarə edə bilməyəcəyik və pandemiya dalğalarına düşəcəyik".

O bildirib ki, Azərbaycan zamanında lazımı miqdarda vaksin alıb: "18 yanvar tarixindən Azərbaycanda vaksinasiyaya başlanılıb və əhalinin hədəf kütləsi - 60 faizi artıq II doza vaksin olunub. Bütün statistik göstəricilər şəffafdır. Vaksin olunan, koronavirisa yoluxan və sağalanların sayı təhlil edilir və açıq bildirilir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər