8 Noyabr 2021 10:55
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanlı qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərən igidlər və şəhidlər heç zaman unudulmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxışı zamanı deyib.

O, Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib:

"Bütün dünya bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı əzəldən gəlir, əbədiyyətə qədər uzanır. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Qələbə qazanıldı, lakin uzun illərdən sonra Qafqaza sülh gətirəcək prosesin daimi olması üçün yeni mübarizə başlayıb. Bu kontekstdə Şuşa Bəyannaməsi gələcəyə doğru atılmış güclü addımdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər