Dost və qardaş Azərbaycan xalqını türk milləti və şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop 8 Noyabr - Zəfər Günü münasibətilə parlamentin sədri Sahibə Qafarovaya göndərdiyi təbrik məktubunda yazıb.
“Vətən müharibəsi nəticəsində “iki dövlət, bir millət” şüarı ilə əlaqələrimizi davam etdirdiyimiz Azərbaycanın haqlı zəfərinin coşqusunu bölüşürük”, - məktubda vurğulanıb.