Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini alqışlayır.
Teleqraf.com xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bu haqda danışıb.
"Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Bu münasibətlə dövlət başçısını təbrik edir və ona uğurlar arzulayırıq", - spiker deyib.
Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini alqışlayıblar.