30 Noyabr 2021 17:10
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın hərbi helikopter qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

“Qardaş Azərbaycan ordusuna məxsus hərbi helikopterin təlim uçuşu zamanı qəzaya uğradığını böyük kədər hissi ilə öyrəndim. Bu faciəvi qəzada şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Bir millət, iki dövlətin başı sağ olsun”, - Kalın bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər