“Azərbaycanda bu gün Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlənərək öyrəndik”.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində qeyd olunub.
“Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, qardaş Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildiririk”, - tvitdə bildirilib.