30 Noyabr 2021 19:46
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Türkiyənin dövlət başçısı hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilər üçün başsağlığı verib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.


Müəllif: Teleqraf.com