17 Noyabr 2014 11:53
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhərində "Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi" mövzusunda təlimlər keçirilib.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, təlimlər QHT nümayəndələrinin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanmış müqaviləyə əsasən təşkil olunub. Sistemin mürəkkəbliyini, çoxsaylı QHT- lərin müraciətlərini nəzərə alaraq şuranın təşkilatçılığı ilə keçirilən təlimlər Bakı, Gəncə və Mingəçevir şəhərlərini, Qəbələ, Zaqatala, Quba, Lənkəran və Şəmkir rayonlarını əhatə edəcək.

Qeyd edək ki, növbəti təlim noyabrın 19-da Şirvan şəhərində keçiriləcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər