17 Noyabr 2014 14:07
2 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Gənclər Birliyinin Təşkilat Komitəsinin sədri Səma Qabulova sələfi Tural Abbaslını tənqid edib. Onun sözlərinə görə, Tural Abbaslı və ətrafında olan gənclər mitinqə yalnız öz məhbus dostlarının fotolarını aparırlar.

Yada salaq ki, Müsavat Gənclər Təşkilatına (MGT) 2013-cü ildə sədr seçilmiş Əhliman Abbasın partiyanın qurultayından sonra istefa verməsi nəticəsində sədr postu boş qalmışdı. Səma Qabulova MGT sədrliyinə iddiasını ortaya qoysa da, yetərsay olmadığından sədr seçkisi baş tutmadı və hazırda MGT-də Təşkilat Komitəsinin sədri vəzifəsini icra edir.

Çılğın təəssürat bağışlayan 1993-cü il təvəllüdlü S.Qabulovanın Facebook sosial şəbəkələrində paylaşdığı fotoları birmənalı qarşılanmamışdı. Tural Abbaslının tərəfdarları S.Qabulova ilə aralarında heç bir problem olmadıqlarını söyləsələr də, hesab edirlər ki, Müsavatda gənclər arasındakı narazılığı yalnız və yalnız Tural Abbaslı və onun ətrafı çözə bilər, təcrübəsiz xanımın MGT-yə rəhbərlik etməsi isə onlar üçün xoş deyil.
S.Qabulova isə T.Abbaslıya öz Facebook səhifəsində ismarış yollayıb: “Son bir həftədir mənə dəhşət təsir edən məqamı beynimdən silə bilmədiyim üçün buralardan uzaq idim. Müsavat Gənclər təşkilatının eks-sədri Tural bəy və onun komandası - “Müsavatçı gənclər” mitinqə çıxıb və dostları Orxan Eyyubzadənin şəklindən başqa şəkil götürməyib. Sonra da səmimiyyətdən danışırsınız. 1 neçə ay sonra Müsavat ideyalarını gözümüzə soxacaqsınız. Olmur belə. Yəqin ki siyasət səmimiyyətlə tərs mütənasibdir. Əgər bu siyasətdirsə, lazımlı bir şey deyilmiş heç də!”

Tural Abbaslı isə Teleqraf.com-a açıqlamasında bu məsələni qabartmağın tərəfdarı olmadığını söyləyib: “Səma Qabulova gənc müsavatçı xanımdır, hamının iradlarına açığıq, istənilən adam irad bildirə bilər. Biz öz mövqeyimizi bildiririk, qəbul edib-etməmək də irad bildirənlərin işidir. Xanıma hansısa cavab vermək mənə yaraşmaz. Sadəcə bildirim ki, biz mitinqə bütün məhbus siyasilər üçün getmişdik”.

Nərgiz


Müəllif: