Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində dekabrın 7-də YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Pati) Sədrinin birinci müavini Numan Kurtulmuş arasında görüş olub.
Görüş zamanı iki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davamlılığı, növbəti perspektiv planlar müzakirə olunub.