17 Noyabr 2014 15:24
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisi “Gənc xilaskarlar” adlı yeni layihəyə başlayıb.

Mərkəzdən verilən məlumata görə, Layihə Ağcabədi rayon İcra Hakimiyyəti, rayon YAP Qadınlar Şurası və Mərkəzi Xəstəxananın dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi yeniyetmə və gənclər arasında ilk tibbi yardımın mahiyyətini aşılamaq, hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması, istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və ya qəfil xəstələnmə vəziyyətlərində yardımın göstərilməsi, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə yerində tibbi vəsait axtarmadan ilk tibbi yardım qaydalarının öyrədilməsidir.

Ağcabədi Müəllimlər İnstitutu və Ağcabədi Pedaqoji Kollecində layihə çərçivəsində keçirilən ilk tədbirdə tələbələrə ilkin tibbi yardıma dair nəzəri və praktiki məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Mərkəzin mətbuat katibi Qızılgül Teyyubovanın sözlərinə görə, gənclər arasında ilk tibbi yardıma dair məlumatlılıq səviyyəsini, habelə layihənin effektini yoxlamaq məqsədilə “Sən də bir həyat xilas et!” adlı müsabiqə keçiriləcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər