Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atası, Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva rəsmi İnstaqram səhifəsində "Vətən ruhu" kompozisiyasını paylaşaraq "Ad günün mübarək, əziz ata!", - deyə qeyd edib.
Mahnının sözləri Leyla Əliyevaya, musiqisi Nandan Gautama aiddir.
"Vətən ruhu"nu Rəvanə Qurbanova və Kənan Bəşirli ifa edir.
Qeyd edək ki, bu gün İlham Əliyevin 60 yaşı tamam olur.