18 Noyabr 2014 17:20
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar 2015-ci ilin dövlət büdcəsinə dair müxtəlif təkliflər irəli sürüblər.

Millət vəkilləri hökumət nümayəndələrinin büdcə haqqında fikirlərinə də münasibət ifadə ediblər.
Deputat Azay Quliyev deyib ki, vətəndaşı sosial istiqamətə, təhsilə və səhiyyəyə ayrılan vəsait maraqlandırır:

“Bu sahədə artım və dinamika var. Sevindiricidir ki, müdafiə xərclərinə 3,5 milyard manatdan çox vəsait ayrılacaq. Bu təxminən Ermənistan büdcəsinin 70 % -i deməkdir. Biz bu sahəyə diqqəti ayırmalıyıq. Kənd təsərrüfatı sahəsinə də diqqət var, qaçqın və məcburi köçkünlərə qayğı büdcədən görünür. Biz QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik etdik. QHT sektorunun illik büdcəsinin 23 milyon 500 min manatı xaricdən gəlir. Hesab edirəm ki, vaxtı çatıb ki, dövlət QHT-lərin donorlardan asılılığının aradan qaldırılması istiqamətində addım atsın. Mən təklif edirəm ki, bizim şuraya vəsait 10 milyon manat ayrılsın. Düzdür, bu il 6 milyon manat ayrılıb və bu ötən illə müqayisədə 2 milyon manat çoxdur”.

Spiker Oqtay Əsədov maliyyə nazirinə müraciət edərək deyib ki, QHT-lərin maliyyəsinə dəyişiklik etmək lazımdır: “Xahiş edirəm bu məsələni diqqətdə saxlayın”.


Müəllif:

Oxşar xəbərlər