18 Fevral 2022 11:36
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Manaf Ağayev azad olunmuş torpaqlara icazəsiz və qanunsuz yollarla getdiyi üçün polis nəzarətində saxlanılır.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov məlumat verib:

"Manaf Ağayev hazırda polis nəzarətindədir. Onun cəzasına gəlincə, məhkəmədən sonra bu haqda məlumat veriləcək".

Qeyd edək ki, Manaf Ağayevin işğaldan azad edilmiş torpaqlara biznesmen Nizami Hüseynovun 10-AA-307 dövlət nömrə nişanlı maşını ilə getdiyi bildirilir.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər