Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.
“Beynəlxalq tərəfdaşlarımızla danışıqlara davam edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Təmin olunan humanitar yardım və dərman vasitələrini yüksək qiymətləndiririk. Dəstəyiniz üçün təşəkkür edirik”, - o bildirib.
***
Prezident İlham Əliyev də Tvitter hesabında Ukraynaya humanitar yardımla bağlı paylaşım edib.
"Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İ.Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib".