27 Fevral 2022 09:29
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perunun rəsmi dövlət qəzeti və ən nüfuzlu mətbu orqanı olan “El Peruano”da bu ölkədəki səfirimiz Məmməd Talıbovun Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, məqalədə erməni təcavüzünün tarixi və Xocalıda törədilmiş soyqırımı haqda məlumat verən səfir, bu amansız qətliam zamanı onlarla azyaşlı uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızın isə yaralandığı və itkin düşdüyünü bildirib və bu qətliamın bir sıra beynəlxalq insan hüquqları təşkilatları və media qurumları tərəfindən qeydə alındığını bildirib.

Yazıda 2020-ci ildə Ermənistanın növbəti təxribatı səbəbindən meydana gəlmiş və işğalçı dövlətin öz ənənəsinə sadiq qalaraq yenə mülki insanları hədəfə aldığı 44 günlük müharibə nəticəsində Azərbaycanın işğalda olan öz ərazilərini azad etməyə, BMT TŞ-nin müvafiq qətnamələrinin icrasına və beynəlxalq ədalətin təmin edilməsinə nail olduğu bildirilir.

Xocalıda törədilmiş qətliama bənzər faciələrin bir daha baş verməməsi üçün bu hadisələrin daim xatırlanmalı və beynəlxalq hüquqi-siyasi qiymətini almalı olduğunu deyən təmsilçimiz, bu xüsusda 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət” kampaniyası haqda məlumat verib, habelə Peru, Meksika, Kolumbiya, Qvatemala, Honduras kimi Latın Amerikası ölkələri də daxil olmaqla bir sıra dünya ölkələrinin parlamentləri tərəfindən bu soyqırımını pisləyən sənədlərin qəbul edildiyini qeyd edib.

https://elperuano.pe/noticia/140165-en-memoria-de-las-victimas-de-joyali


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər