24 Noyabr 2014 17:07
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞT) üzrə QHT Koalisiyasının Monitorinq Qrupunun növbəti iclası keçirilib.

Koalisiyanın yaydığı məlumata görə, iclasda digər məsələlərlə yanaşı, Koalisiya Şurasının 14 noyabr 2014-cü il tarixli iclası zamanı, koalisiya ilə eyni adlı- MSŞT İctimai Birliyinin yaradılmasına dair mübahisəli qərarı da müzakirə olunub: “Şuranın adıçəkilən qərarını ölkə qanunvericiliyinin və Koalisiya Əsasnaməsinin tələblərinə zidd hesab edən Monitorinq Qrupu üzvləri, həmin məsələ ilə əlaqədar qəbul etdikləri qərarda, Koalisiya Şurasını mübahisəli qərarın icrası ilə əlaqədar nəzərdə tutulan hərəkətləri icra etməməyə və öz qərarlarını ləğv etməyi tövsiyə edib. İclasın protokolu yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Bu açıqlama digər Monitorinq Qrupu üzvlərinə elektron poçt ünvanları vasitəsilə göndərilib.

Məsələyə münasibət bildirən Monitorinq Qrupunun rəhbəri Azər Rəsul qeyd edib ki, qəbul edilən qərarla bağlı protokol hazırlanıb və yaxın günlərdə media vasitəsilə ictimaiyyətə yayılacaq. Onun sözlərinə görə, Monitorinq Qrupunun yalnız tövsiyə vermək səlahiyyəti var: “Monitorinq Qrupu qərarını verib və yəqin ki, Şura qəbul edilən tövsiyəyə qulaq asar və əvvəlki qərarını ləğv edər. Çünki oradakılar da Koalisiyanın gələcəyi barədə kifayət qədər düşünən adamlardır. Yəqin ki, nəzərə alarlar, başqa variant yoxdur”.

A.Rəsul qeyd edib ki, koalisiyanın parçalanma ehtimalı yoxdur. Onun fikrincə, hər zaman olduğu kimi indi də verilən qərarı nəzərə alarlar.


BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər