29 Mart 2022 18:27
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dumasının deputatı Mixail Delyaqin Azərbaycan xalqından üzr istəyib.

Teleqraf.com xəbər verir ki, “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində çıxışı zamanı "Azərbaycanın neft sənayesini məhv etməli və nüvə zərbəsi endirməliyik" deyən deputat bu sözlərinə görə peşman olub.

Delyaqin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğu etiraf edib və səhvinə görə üzr istədiyini bildirib.

“Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməməyə dair tövsiyəsində tamamilə haqlıdır və mən bu tövsiyələri tam yerinə yetirəcəyəm. Müdafiə Nazirliyimiz sülhməramlılarla vəziyyəti müzakirə etdikdən sonra Azərbaycan qoşunları geri qayıdıb və Azərbaycan Müdafiə Nazirliyi çox nəzakətlə izah etdi ki, qoşunları heç yerə getməyib. Mənim sözlərimdən sonra qorxmuş, incimiş və çaşqınlıq hissi keçirmiş hər kəsdən üzr istəyirəm”, - deyə deputat sosial şəbəkə hesabında vurğulayıb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edib ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər