25 Noyabr 2014 12:52
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub.

Teleqraf.com xəbər verir ki, əraziyə cəlb olunmuş nazirliyin Cənub Regional Mərkəzi və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalmış 9 nəfəri uşaq olmaqla 23 nəfəri xilas edilərək təhlükəsiz əraziyə təxliyyə edililiblər.

Hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər