Sabahdan Bakıda Türk ölkələri təhsil nazirlərinin toplantısı keçiriləcək.
Teleqraf.com APA-a istinadən xəbər verir ki, noyabrın 27-28-də təşkil olunacaq tədbirdə türkdilli ölkələrin nazirləri təhsil sahəsinə dair bir çox məsələləri müzakirə edəcəklər.
Tədbirdə iştirak etmək üçün Türkiyənin təhsil naziri Nəbi Avcı da Azərbaycana səfər edəcək.