"Azərbaycanda kifayət qədər normal, sağlam ailələr var. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində bunun əksi göstərilir. Şou formasında olan televiziya verilişlərində də çox zaman dağılmış ailələr göstərilir. Bu, gənclərdə yanlış fikirlər formalaşdırır. Biz çalışmalıyıq ki, gənclər normal, sağlam ailələrdən nümunə götürsünlər".
Teleqraf.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 2 milyondan çox ailə var: “Hər il ölkədə 80 mindən çox nikah bağlanır. Dövlət bu ailələrin hər birinə görə məsuliyyət daşıyır. Ölkədə erkən nikahların, ana və uşaq ölümlərinin sayının azalması dövlətin apardığı siyasətin nəticəsidir və bu prosesi davam etdirmeliyik”.
İlhamə