26 May 2022 11:54
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Azərbaycandakı səfiri Ceyms Şarp Tviter hesabında paylaşdığı foto ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ingilis diplomat Araz çayı sahilində çəkdiyi İran tərəfinin fotosunu paylaşıb.

Şarp fotonun üzərində “Salam, İran” qeydi yazıb.

Bəzi izləyiciləri ona həmin yerin İran yox, Cənubi Azərbaycan olduğunu bildiriblər.

Səfir fotonu Azərbaycanın hansı ərazisindən çəkdiyini qeyd etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu