5 Sentyabr 2022 09:38
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son sutkada Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi və mülki obyektlərə 25 raket zərbəsi endirib".

Teleqraf.com xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik operativ məlumatında öz əksini tapıb.

Qeyd olunub ki, xüsusilə, Xarkov, Dmitrivka, Soledar, Nikolayev kimi ərazilərdə mülki infrastruktura ziyan görüb:

"Qarşı tərəf öz səylərini Donetsk vilayətinin tam nəzarətə götürülməsinə, bir hissəsi ələ keçirilən Xerson, Xarkov, Zaporejye və Nikolayev vilayətlərinin nəzarətdə saxlanmasına, həmçinin hücumun bərpası üçün əlverişli şəraitin yaradılmasına, zəif nöqtələrin axtarışına yönəldib. Ukraynanın hər yerində hərbi və mühüm infrastruktur obyektlərinə kütləvi hava və raket zərbələri endirilməsi təhlükəsi hələ də var".

Məlumata görə, Zaporejye istiqamətində düşmən Novopol və Novosilka rayonlarını atəşə tutub: "Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik davam edir. Müdafiə qüvvələrimiz müdafiə əməliyyatlarını davam etdirir. Müəyyən edilmiş sərhədlər qorunur. Düşmənin Ukrayna ərazisində irəliləməsinin qarşısı alınır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər