Nazirlər Kabineti “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun tətbiq edilməsi barədə” ölkə prezidentinin 25 iyul 1997-ci il tarixli fərmanında dəyişiklik edilməsi haqqında” ölkə prezidentinin 29 dekabr 2021-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” təsdiq edilib.
Bu Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
Eyni zamanda, transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası” təsdiqlənib.
Baş nazirin digər bir qərarı ilə donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydası da təsdiqlənib
Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələbləri iki ay müddətində təsdiq etməli və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Nazirlik bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.