8 Sentyabr 2022 10:05
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Energetika naziri Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vadanın iştirakı ilə TEPSCO şirkətinin icraçı direktoru Hideo Kojimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, nazirlikdən verilən məlumata görə görüşdə Yaponiya şirkətlərinin ölkəmizdəki enerji layihələrində uğurlu iştirakı qeyd edilib, səmərəli işbirliyinin “yaşıl enerji” istiqamətində davam etdiyi bildirilib.

Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi, günəş və külək enerjisi üzrə reallaşdırılacaq böyük güclərin ümumi elektroenergetika sisteminə inteqrasiyası və “yaşıl enerji” ixracına dair fikir mübadiləsi aparılıb. Enerji sisteminin təhlükəsizliyinin təmini kontekstində bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə təsirlərinin öyrənilməsi və qiymətləndirilməsi sahəsində Yaponiya təcrübəsindən bəhs edilib və bu təcrübənin Azərbaycanda tətbiqi imkanları müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər