27 Sentyabr 2022 12:24
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ermənistandakı səfirliyi 44 günlük müharibə ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, mesaj səfirliyin Feysbuk hesabında yayımlanıb.

Paylaşımda ABŞ-ın İrəvandakı səfiri Linn Treysinin erməni kilsəsində 44 günlük müharibədə ölən erməni hərbçiləri üçün şam yandırarkən çəkilmiş fotosu da yer alıb.

Səfirlik iki il əvvəl sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında başlayan 44 günlük Vətən Müharibəsində ölən erməni hərbçilərinin ailələrinə başsağlığı verib.

Həmçinin səfirliyin açıqlamasında deyilir:

“ABŞ Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına sadiqdir”.

Qeyd edək ki, ABŞ səfirliyinin bir neçə gün əvvəl Azərbaycanı “təcvüz”də ittiham etməsi ölkəmizdə reaksiyalara səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən açıqlama ilə bağlı ABŞ-ın İrəvandakı diplomatik nümayəndəliyinə etiraz edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər