27 Sentyabr 2022 13:55
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

"27 sentyabrda Ermənistan ilə Azərbaycan arasında münaqişədə həyatlarını itirənləri yad edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir", - paylaşımda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər