4 Oktyabr 2022 11:23
2 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni nəşri “Haykakan Jamanak”ın “etibarlı” mənbəyə istinadən Bakının İrəvana tələbləri ilə bağlı yazdığı qəzetin xülyasıdır, çünki hər şey çoxdan müəyyən edilib”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko İnfo24.ru-ya açıqlamasında deyib.

O xatırladıb ki, Azərbaycan öz rəsmi mövqeyini Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi 5 prinsip əsasında çoxdan müəyyən edib və təsdiqləyib.

Korotçenkonun sözlərinə görə, Bakının danışıqlar prosesinin qurulmasını zəruri hesab etdiyi bütün prinsiplər Ermənistan Baş naziri Nikol Paşinyanın təmsil olunduğu ən yüksək səviyyədə İrəvanın da imzaladığı üçtərəfli sazişlərdə təsbit olunub.

“Rusiya sərhədin delimitasiyası və demarkasiyası üzrə müvafiq komissiyaya lazımi məsləhət və metodiki yardım göstərməyə hazır olduğunu bəyan edib. Üstəlik, bu komissiya üçtərəfli yox, ikitərəfli, yəni Ermənistan-Azərbaycandan ibarət olmalıdır”, - ekspert vurğulayıb.

Korotçenko söyləyib ki, üçtərəfli sazişlər həm də Azərbaycanı Naxçıvan muxtariyyəti ilə birləşdirməli olan Zəngəzur dəhlizinin ekstraterritorial statusunu nəzərdə tutur:

“Üçtərəfli formatda imzalanmış fundamental sənədlər, Prezident İlham Əliyevin irəli sürdüyü 5 prinsip var. Sülh müqaviləsinin bu 5 prinsipi tam qanunidir və beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə uyğundur. Ona görə də burada erməni qəzetlərinin şərhinə ehtiyac yoxdur. Hər şey çoxdan müəyyən edilib. İndi isə yeganə vəzifə İrəvanın oturub üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsidir”.

Qeyd edək ki, bundan əvvəl erməni nəşri Azərbaycanın Ermənistandan 5 əsas tələbinin olması ilə bağlı məlumat yayıb.

Qəzetə görə, bu tələblər aşağıdakılardır:

- Qarabağın dağlıq hissəsindəki separatçı rejim və ordunun ləğv edilməsi;

- Qarabağın heç bir muxtariyyət statusu olmadan Azərbaycan ərazisi kimi tanınması;

- Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması (Zəngəzur dəhlizi);

- 1919-1920-ci illərin xəritələri ilə delimitasiya və demarkasiya prosesi;

- İtkin düşmüş azərbaycanlıların taleyinə aydınlığın gətirilməsi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər