Bu gün Bakıda Fransanın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, bir qrup Azərbaycan vətəndaşı tərəfindən baş tutan aksiyada iştirakçılar Fransa prezidenti Emmanuel Makronun ölkəmizin guya Ermənistana qarşı təxribat törətməsi ilə bağlı açıqlamalarına etirazlarını bildiriblər.