10 Dekabr 2014 12:53
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibədə hər zaman sudan silah kimi istifadə edirlər. Bu isə həm insanlığa, həm də beynəlxalq hüquqa ziddir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə “Sərsəngə yürüş” adı altında keçirilən səfər zamanı Tərtər rayon icra hakimiyyətində keçirilən görüşdə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyib. Onun sözlərinə görə, suyun Ermənistan tərəfindən verilməməsi bir sanksiyadır və bundan Tərtər rayon əhalisi əziyyət çəkir: “Biz bu vəziyyəti İran dövlətinə çatdıracağıq. Beynəlxalq təşkilatlar, dünya dövlətləri Qarabağ problemi və ya Tərtərdə olan vəziyyət barədə məlumatları yoxdur? Əlbəttə var”.

İ.İbrahimi əlavə edib ki, Tərtər əhalisinin içməli suya ehtiyacı olduğu bir vaxtda onun ermənilər tərəfindən qarşının kəsilməsini İran dövləti olaraq pisləyirik: “Əgər su olmaması səbəbindən Tərtərdə 5 yaşlı uşaq şəkər xəstəliyinə tutulursa, bu Xocalıda törədilən soyqırımdan daha faciəlidir. Bu kişilikdən deyil. Müharibə aparanda da kişi kimi aparmaq lazımdır”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər