24 Oktyabr 2022 17:32
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq Zəngəzur dəhlizi regional və qlobal geosiyasi tarazlıqları önəmli dərəcədə dəyişdirmək gücünə malikdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzetində dərc olunan məqalədə deyilir.

Nəşr nəqliyyat xəttini “Turan dəhlizi” adlandırır və qeyd edir ki, bu, Azərbaycanın və bütün türk dünyasının birbaşa Türkiyə ilə əlaqəsi olması baxımından xüsusilə vacibdir:

“Turan dəhlizi” və ya “Turan yolu” kimi tanınan Zəngəzur dəhlizi Orta Asiya ilə Türkiyəni avtomobil və dəmir yolları ilə birləşdirəcək. Dəhliz həm də İstanbuldan birbaşa Türküstana gedən marşrutun yeganə ünvanıdır”.

Nəşr vurğulayır ki, Azərbaycan regionu yeni nəqliyyat xətləri ilə canlandırmaqda davam edir:

“Türkiyə, Azərbaycan, Ermənistan və İran sərhədlərinə yaxın olan Zəngilan şəhəri beynəlxalq hava limanı vasitəsilə dünya ilə birləşir.

Bu çərçivədə bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan hava limanının açılışını etdi. Prezident Ərdoğan tamamlanan hava limanına enən ilk dövlət başçısı oldu”.

Qəzet Zəngilan hava limanının Zəngəzur dəhlizinin bir hissəsi olduğunu bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər