Vatsapdakı problem aradan qaldırılıb.
***
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Teleqraf.com-a bildirilib ki, hazırda araşdırma aparılır:
““WhatsApp” tətbiqinin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır”.
***
Meta şirkətinə məxsus olan vatsap mesencerinin fəaliyyətində problem yaşanıb.
Teleqraf.com xəbər verir ki, hazırda istifadəçilər mesencer vasitəsilə mesajlar göndərə bilmirlər.
Azərbaycanla yanaşı, dünyanın əksər ölkələrində də istifadəçilər mesencerdə mesaj göndərməyin mümkün olmadığından şikayətlənirlər. Hələlik şirkət bununla bağlı rəsmi bloqunda məlumat yerləşdirməyib.