Sentyabrın 13-14-də Azərbaycan Silahlı Qüvvələri ilə toqquşmada Ermənistan ordusu 240 hərbçisini itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
Qeyd edək ki, oktyabrın 14-də MDB Dövlət Başçıları Şurasının iclası zamanı Ermənistan Baş naziri Nikol Paşinyan erməni ordusunun 210 hərbçisini itirdiyini bildirmişdi. Eyni zamanda, o, toqquşma zamanı itkin düşən hərbçilərin sayının 28 nəfər olduğunu açıqlamışdı.