28 Oktyabr 2022 13:03
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranda hesab edirlər ki, Rusiya bu oyunu Türkiyə və Azərbaycan liderləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevə uduzub və bu durumda bölgədəki boşluq doldurulmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, Rusiya İran və Türkiyə arasında vurnuxur.

"İranda hesab edirlər ki, Rusiya bu oyunu Ərdoğan və Əliyevə uduzub və bu durumda bölgədəki boşluq doldurulmalıdır. Buna görə də indi İran guya sülh müqaviləsinin imzalanması ilə bağlı fəallıq göstərir, Naxçıvanı işğal etməklə, Qarabağa qoşun yeritməklə hədələyir.

Tarixdə bundan əvvəl də ticarət yolları, Hindistan və İpək Yolu uğrunda döyüşlər aparılıb. Bu gün isə biz “Bir kəmər, bir yol” nəqliyyat dəhlizləri uğrunda savaşları da görürük", - Tarasov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər