9 Noyabr 2022 12:48
2 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qonşulardan biri ilə münasibətlərimizi gücləndirmək başqa bir qonşu ilə düşmənçilik etmək deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Tehranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Kənani iddia edir ki, Tehran ölkələrin ərazi bütövlüyünə hörmət edir və Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarıdır.

“Bizim prinsipial siyasətimiz bütün qonşularla qonşuluğun və əlaqələrin genişləndirilməsi üzərində qurulub. Qonşularımızdan biri ilə münasibətimizi gücləndirmək başqa bir qonşu ilə düşmənçilik etmək demək deyil”, - Tehran XİN-in sözçüsü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər