Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar Teleqraf.com-un suallarını cavablandırıb:
- İstanbulda İstiqlal küçəsində baş verən partlayışın PKK-nın daha əvvəl də etdiyi, əsasən 2015-2016-cı illərdə törətdiyi terrorla oxşarlığı varmı, yoxsa bu fərqli bir terrordurmu?
- 6 qardaşımız şəhid oldu, 81 canımız isə yaralandı, onların ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Terrorun bu qanlı və qaranlıq üzünü bir daha lənətləyirəm. Terrorçulara və onların arxasındakı hər kəsə Allah lənət etsin. Terror təşkilatının törətdiyi hər cinayət təşkilatın məqsədlərinə daxildir. “Zap hərəkatı”nda məğlubiyyətlə üzləşdilər, planları uğursuzluqla nəticələndi. Onlar düşünürdülər ki, buraya türk əsgəri daxil ola bilməz, Türkiyənin belə bir səlahiyyəti yoxdur. Bura xilas edilmiş bölgədir. Məqsədimiz Şimali İraqda olan türk hərbi bazalarının təhlükəsiziyini təmin etməklə yanaşı, həmin bölgədə təhlükəsiz zona yaratmaq idi. Qondarma dövlət qurduqlarına dair iddia irəli sürürdülər, amma bu iddia alt-üst olmağa başladı. Yəni Türkiyə Silahlı Qüvvətləri oraya girdi və addım-addım “Zap”ı və mağaraları təmizlədi. Bu çərçivədə bu vaxtadək heç eşitmədiyimiz PKK yalanları ilə üzləşdik. Dedilər ki, burda kimyəvi silahlardan, hətta taktiki nüvə silahından istifadə edilir. Sayının 2300-2400 arasında olduğu iddia edilirdi Sonra dedilər ki, bununla öz əsgərlərini öldürürlər. Lakin məlum oldu ki, bunların hamısı boş sözlər, yalanlardır. Nəticədə Silahlı Qüvvələrimiz “Zap” ilə bağlı bütün məlumatları onların əllərindən aldı.
- Bu məlumatlar hansı uğurlu əməliyyatlar nəticəsində ələ keçirildi?
- Milli Müdafiə Nazirliyimiz açıqlama verdi ki, 557 mağara təmizləndi. Mağara deyəndə, 150-200 mertlik beş-altı ağızı olan, 4-5, bəzi hallarda 7 mərtəbəli, girintili-çıxıntılı, ağızı minalanmış, hər tərəfində kameralar yerləşdirilmiş bir yerdir. Məqsəd türk əsgərini buraya çəkib onları məhv etmək idi. Mehmətciklərimizə burada ölum tələsi hazırlamışdılar. Bütün bu maneələrə baxmayaraq mehmetciklərimiz orada girdi. “Zap” hərəkatında 50-dən çox şəhidimiz var və 455 terrorçu məhv edildi. “Zap” çökdüyü üçün onlar motivasiya və öz tabeliyində olan terrorçulara mesaj vermək ehtiyacı hiss etdilər. İraqda və İraqın dağlıq hissəsində “mən hələ varam”, “İstanbulun göbəyində varam” mesajını vermək istəyirdilər. Başqa bir mənada Suriyada olan məzlum “Apdi” PKK-sı ilə “Qəndil” PKK-sı arasında inciklik var. Bir Amerikaya yaxınlıq, bir İrana yaxınlıq, təşkilatı idarə etmək üçün bəzi anlaşılmazlıqlar var. Bu da onlar arasında problemlərin yaranmasına gətirib çıxarır. İstanbulda törədilən bu xain terrorun əsas məqsədi xalqımızın içərisində qorxu hissi yaratmaq və onları öz təsir dairəsinə salmaqdır. Bu, 84 yönəlmiş provakasiyadır.