2 Dekabr 2022 13:16
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayı ərzində Peruda quş qripindən ən azı 13 min qutan ölüb.

Teleqraf.com xəbər verir ki, Peruda epidemiyanın yayılmasının qarşısını almaq və ev quşlarını qorumaq üçün həyəcan təbili çalınır.

Paytaxt Lima başda olmaqla, ölkənin bəzi çimərliklərinə ölü qutanlar düşüb. Bələdiyyə işçiləri xüsusi geyimdə və yüksək təhlükəsizlik tədbirləri ilə qutanları toplayır. Bölgədən çəkilən görüntülərdə çimərlikdəki bəzi qutanların taqətdən düşdüyü və yeriməkdə çətinlik çəkdiyi görülüb.

Artıq Avropa və Amerikanın bəzi yerlərində, eləcə də Peruda quş qripinə yoluxma halları olsa da, epidemiya səbəbindən minlərlə heyvan tələf olub. Bildirilir ki, quş qripi olan heyvanlarla yaxın təmas aşkar edilərsə, virus insanlara da keçə bilər.

Səlahiyyətlilər qanadlı heyvanları ölən fermerlərə özlərinin müdaxilə etməmələri və vəziyyəti aidiyyəti orqanlara bildirmələri barədə xəbərdarlıq edib.


Müəllif: Yeganə Oqtayqızı