5 Dekabr 2022 11:58
3 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

“Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçılarının rejimi Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert ermənilərin Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışdıqlarını bildirib:

“Erməni lobbisi, beynəlxalq erməni diasporu və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin (MKİ və DGSE) məqsədi və vəzifəsi Rusiyanın sülhəramlı korpusu ilə Azərbaycan ordusu arasında toqquşmaları yaratmaqdır ki, bu qarşıdurma da Rusiya və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə çevrilsin. Belə bir durum Türkiyənin iştirakı ilə NATO ölkələrinin hərbi kontingentinin Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər.

Əslində, söhbət hazırda xüsusi hərbi əməliyyatları davam etdirən və bütün hərbi-iqtisadi səylərini bunun üzərində cəmləyən Rusiyaya qarşı ikinci cəbhənin açılmasından gedir. Bütün bunlar ona görədir ki, erməni nasistlərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı rejimi saxlamaq istəklərini həyata keçirsinlər. Erməni nasistləri vaxtilə SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də bunu Rusiya Federasiyasının dağılması üçün təkrarlamaq istəyirlər”.

Korotçenko Rusiya rəhbərliyini ermənilərin siyasi alətinə çevrilməməyə çağırıb:

“Moskva praktiki siyasətində Rusiya ilə Azərbaycan arasında müttəfiqlik haqqında bəyannamənin əsas prinsiplərindən çıxış etməlidir. Qarabağ Azərbaycandır! Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçılarının rejimi Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir.

Rusiya Federasiyası dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da. Bu, onun milli maraqlarının zərərinə olardı.

“Artsax” isə Kaliforniyada yaradılmalıdır. Orada şərait, iqlim və demoqrafik vəziyyət bunun üçün kifayət qədər uyğundur. ATƏT-in Minsk qrupu, kömək edin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər