14 Dekabr 2014 14:15
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dünən gecə saatlarında Fətullah Gülən hərəkatının dəstəkçiləri kimi tanınan media təmsilçilərinə qarşı başladılan geniş miqyaslı əməliyyat bu gün də davam edib.

Teleqraf.com-un türk mediasına istinadən verdiyi məlumata görə, polis "paralel yapı" əməliyyatı çərçivəsində Türkiyənin 13 bölgəsinə eyni vaxtda müdaxilə edib.

32 nəfər haqqında həbs qərarı olduğu deyilir. “Zaman” qəzetinin İstanbuldakı binasına hücum təşkil edilib. Məlumatlara görə, qəzetin rəhbəri Əkrəm Dumanlı və "Samanyolu" media qrupunun başçısı Hidayət Karaca haqqında da həbs qərarı verilib. Siyahıda olan şəxslər sırasında Nuh Gönültaş, Mutlu Ekizoğlunun da adı var.

Jurnalistlər “özgür basın susdurulamaz” kimi şüarlar səsləndiriblər.

F.Gülən hərəkatının əsas dəstəkçilərindən sayılan deputat Hakan Şükür qəzetin binasına gəlib. O, özünün Twitter səhifəsində sözügedən əməliyyatı azad mətbuata zərbə kimi qiymətləndirdiyini yazıb.

Samanyolu media qrupunun rəhbəri Hidayət Karaca ifadə vermək üçün İstanbul Polis idarəsinə aparılıb. O, idarəyə getməzdən əvvəl açıqlama verib və hər kəsə “haqqınızı halal edin” söyləyib: “Bir neçə gündür məhəlləmizdə qonşularımıza verdiyimiz narahatlığa görə üzr istəyirik. İstirahət günündə onları narahat edirik. Amma nə edək, bura Türkiyədir. Hər kəs buna dözür. Həmişə dediyimiz kimi alnımız açıqdır, heç nədən narahatlıq keçirmirik. Haqq və xalq bizimlə birlikdə olandan sonra gerisi hekayədir. Bilirsiniz, demokratiyada bəzən bədəl ödənilir. Bu, əvəzsiz millətimizə fəda olsun. STV media qrupu layihələrilə hər zaman millətin dəstəyini qazanıb. Bu media quruluşunda çalışdığım üçün həmişə qürur duymuşam. Bundan sonra da işlərimizi davam etdirəcəyik. Dualarınızı əskik etməyin. İnşallah görüşərik”.

Samanyolu TV-də “Sungurlar” serialının prodüseri Salih Asan və rejissor Əngin Qoç Əskişəhərdə nəzarətə götürülüb. Hər iki şəxs əvvəlcə Terrorla Mübarizə İdarəsinə gətirilib, ifadələri alınandan sonra İstanbul Polis İdarəsinə göndərilib. Bundan başqa STV-də yayımlanan “Tək Türkiyə” serialının ssenaristi Makbulə Çam Alemdağ da nəzarətə alınıb.

Nərgiz

14 Aralık operasyonunda  son durum

14 Aralık operasyonunda  son durum

14 Aralık operasyonunda  son durum

14 Aralık operasyonunda  son durum


Müəllif:

Oxşar xəbərlər