8 Dekabr 2022 17:13
4 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh müqaviləsi ilə bağlı iki variant var. Biri Rusiya tərəfindən təklif olunub, digəri isə üzərində işlədiyimiz mətndir, bunu da Azərbaycan təqdim edib”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Cəmi iki mətn var, biri Rusiya, digəri isə Azərbaycan tərəfindən təklif olunub. Qərb bizə heç bir mətn təklif etməyib. Qərb danışıqlar üçün şərait yaratmağa çalışır. Moskva da belə bir mühit yaratmağa səy göstərir”, - Ermənistan rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər