14 Dekabr 2022 11:26
1 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın dəhlizi ilə nəqliyyatın dayandırılmasının ciddi humanitar nəticələri var və Azərbaycanla Ermənistan arasında sülh prosesini ləngidir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Biz açıq şəkildə bildirdik ki, Laçın dəhlizinin bağlanmasının ağır humanitar nəticələri var və sülh prosesini ləngidir. Azərbaycan hökumətini dəhlizdə sərbəst hərəkəti bərpa etməyə çağırırıq”, - ABŞ rəsmisi bildirib.

Fransa Xarici İşlər Nazirliyi də durumla bağlı açıqlama verib.

Fransa XİN-in açıqlamasında qeyd edilib ki, rəsmi Paris ilkin şərtlər olmadan Laçın dəhlizi ilə nəqliyyatın hərəkətini bərpa etməyə çağırır.

“Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyatın və yüklərin daşınmasının təhlükəsizliyinə zəmanət öhdəliyi götürür”, - nazirliyin açıqlamasında deyilir.

Hər fürsətdə Azərbaycanı ittiham etməyə, günahlandırmağa adət etmiş ABŞ və Fransa nədənsə Ermənistanın 10 noyabr bəyanatı üzrə öhdəliklərini xatırlatmayıb. Həmin anlaşmanın müvafiq müddəalarına görə, ermənilər Laçın yolundan qanunsuz daşımalar üçün istifadə etməməli və Azərbaycan ərazilərindəki qanunsuz və separatçı-terrorçu hərbi birləşmələrini çıxarmalıdır. Amma sənədin imzalanmasından ötən iki il ərzində bunların heç biri yerinə yetirilməyib. ABŞ və Fransanın adından bəhs etdiyi ərazilər isə Azərbaycanın suveren əraziləridir və orada baş verənlər bizim daxili işimizdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər