Laçın yolundakı durumla bağlı BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə iştirak edən Rusiya nümayəndəsi Anna Yevstiqnevanın çıxışı Qarabağ separatçılarını qəzəbləndirib.
Teleqraf.com xəbər verir ki, separatçı Artak Beqlaryan Rusiyanı bitərəf qalmaqda ittiham edib.
Beqlaryan Rusiya nümayəndəsinin çıxışının separatçılar üçün məyusedici oluğunu deyib.
“Rusiya nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının sessiyasındakı açıqlaması üstünlüyün kimə verildiyi məlum olmayan açıqlamadır. Amma Rusiyanın bu açıqlamasının səbəbi mənə bəllidir. Səbəbləri haqqında yalnız fərziyyələrlə çıxış edə bilərəm: çox güman ki, müxtəlif maraqları, qarşılıqlı əlaqələri, mümkün riskləri nəzərə alıblar. Özləri izah etməlidirlər ki, niyə belə açıqlama veriblər”, - separatçı bildirib.
Ermənistan parlamentinin sədri Alen Simonyan da Rusiya rəsmisinin çıxışından narazı qalıb.