17 Dekabr 2014 09:23
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın Dövlət Əmlakını İdarəsi naziri İmran Hüseynov Dərbənddəki Azərbaycan teatrının təmirinə yardım edəcək.

Bu barədə Axar.az-a nazirlə görüşən “Dərbənd” qəzetinin jurnalisti Telman Tahirli məlumat verib. O, nazirdən müsahibə aldığı zaman “Dərbənd” qəzeti adından bu xahişi etdiyini bildirib:

“Biz ondan Dərbənddəki Azərbaycan teatrının təmirinin başa çatdırılmasını xahiş etdik. O isə bizim təklifimizə müsbət cavab verdi və yaxın zamanlarda bununla bağlı yardımlar edəcəyini bildirdi. Nazir həmçinin “Dərbənd” qəzetinə də şəxsən maliyyə yardımı göstərəcəyini dedi”.

Qeyd edək ki, İmran Hüseynov milliyətcə azərbaycanlıdır. O, nazir vəzifəsinə bu il iyulun 25-də təyin edilib, bu vəzifədə Zeydulla Yuzbekovu əvəz edib. Yuzbekov isə Abdullatipovun köməkçisi təyin edilib. Hüseynov bundan öncə Dağıstan Hesablama Palatasında çalışıb.

Xatırladaq ki, İmran Hüseynov hazırda bütün Rusiya ərazisində yeganə ən mühüm dövlət vəzifəsi (nazir) tutan azərbaycanlıdır.


Müəllif:

Oxşar xəbərlər