19 Dekabr 2014 15:48
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndində kəlbəcərli girovların "məhkəmə prosesi" bu gün də davam etdirilib.

Teleqraf.com-un "ANS"ə istinadən məlumatına görə, "prokuror" Karen Qabrielyan Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev üçün isə 22 il iş istəyib. O, Dilqəm Əsgərovu mövcud olmayan dövlət sərhədini qanunsuz keçməkdə və çəkiliş aparmaqda ittiham edib. O yeniyetmə Smbat Tskanyanı Dilqəm Əsgərovun öldürdüyü deyərək onun ermənilərə olan nifrətini Şahbaz Quliyevə "sənin erməni yazığın gəlir?" sualını verməsilə əsaslandırıb.

Xatırladaq ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb.

Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub.

Qeyd edək ki, məhkəmə məzhəkəsi 27 oktyabrda başlayıb.


Müəllif:

Oxşar xəbərlər